Laçından verilən mühüm mesaj: Azərbaycanın qətiyyətli mövqeyinin ifadəsi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm önəm kəsb edir. Burada bir sıra mühüm açılışların, infrastruktur və yaşayış məntəqələrinin əsasının qoyulması mərasimlərində ölkə başçısı və birinci xanımın iştirakı tarixi əhəmiyyətə malikdir. Kəlbəcərə səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı edilib. Eyni zamanda “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olan ölkə başçısı və birinci xanım “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat alıb.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib: “Onlar həmçinin Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri çərçivəsində “Həkəri Balıq Təsərrüfatı”nın açılışını edib. Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra da açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda olub”.

Deputat bildirib ki, dövlətimizin başçısı və birinci xanım Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub: “Həmin gün Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli atılıb. Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olan ölkə başçısı və birinci xanım tapşırıq və tövsiyyələrini verib. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə maraqlanıb. Həmçinin Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olan Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyeva kənd sakinləri ilə səmimi söhbət edib. Zabuxlulara öz evlərinə qayıtmaları münasibəti ilə təbriklərini çatdıran ölkə başçısı və birinci xanım onların burada rahat təhlükəsiz əbədi xoşbəxt yaşamaları naminə Azərbaycan dövlətinin ən böyük qarant olduğu bildirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək ilk növbədə, laçınlıları Şəhər Günü münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı ilk dəfədir qeyd edilən Laçın Şəhər Günlərini tarixi əhəmiyyətinə toxunub. Qeyd edək ki, azad edilmiş ərazilərdə Prezidentin Sərəncamı ilə şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunub. Şəhər günləri şəhərlərimizin erməni işğalından azad edilməsi günləridir. Laçın şəhəri də məhz 26 avqust tarixində düşməndən tamamilə azad olunub”.

Millət vəkili II Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edilsə də Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri ölkəmizin nəzarətində olmadığını bildirib: “Keçmiş Laçın dəhlizi Laçın şəhərindən və bu kəndlərdən keçirdi. Azərbaycan dövlətinin qətiyyəti sayəsində qısa müddətdə kənar yol salındıqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın özünə qayıtmış oldu. Prezident İlham Əliyevin bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi cəmi 8 ay ərzində Laçın şəhərində böyük quruculuq-bərpa işləri icra edilib və əhalinin qayıdışı təmin olunub. 28 May Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Laçına ilk köçən sakinlərə evlərin açarları təqdim olunub. Eyni zamanda bu ilin sonuna qədər isə daha 900 ailə üçün evlər hazır olacaq. Həmçinin qısa zamanda atıq Zabux kəndinə sakinlərin geri dönüşünə start verilib. Prezident İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı təşkil edilən tədbirdə verdiyi mesajların əhəmiyyəti olduqca əhəmiyyətlidir. Ölkə başçısı aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatların qərəzli mövqeyinə toxunub. Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində addım atır. Dövlətimizin başçısının da vurğuladığı kimi heç kim ölkəmizin iradəsinə təsir edə bilməz. Ermənistan və onun havadarlarının Azərbaycana qarşı aparmağa çalışdığı kampaniyalar növbəti dəfə iflasa uğrayacaq”.

Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçın Şəhəri Günü ilə bağlı tədbirdə çıxışında çox vacib məqamlara toxunmaqla yanaşı mühüm mesajlar verib: “Bu gün Azərbaycanın tarixi qəlbəsindən sonra Laçın azaddır və burada böyük-quruculuq abadlıq işləri uğurla davam edir. Amma bunun fonunda tarixi reallıq odur ki, Laçının işğala məruz qalması böyük faciə idi. Ölkə başçısının da vurğuladığı kimi “hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi”. Təbii ki, Laçının işğalı strateji nöqteyi-nəzərindən sınaq olmaqla yanaşı böyük bir fəlakət idi. Çünki bununla da Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı. Məhz sonrakı itkilərin başlanğıcı da məhz Şuşa və Laçının itirilməsi ilə başlamışdı. Bu gün Azərbaycan bu gün öz doğma torpaqlarında qurub-yaradır. Şuşada, Laçında böyük-quruculuq abadlıq işləri gedir. Keçmiş məcburi köçkünlər sevinclə öz ata-baba yurdlarına qayıdır. Təbii ki, Azərbaycan buna ədalətli müharibə aparmaqla nail olub. Azərbaycanın öz ərazi bnütövlüyünü təmin edib. Çünki ölkəmizin başqasının torpaqlarına qarşı iddiası yoxdur. Erməni işğalından azad edilmiş torpaqlara qayıdanlar isə buranın əsl sahibləridir. Ermənistan isə vaxtilə hərbi cinayət törədərək Laçında qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri burada qanunsuz olaraq məksunlaşdırmışdı. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə edib. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də Azərbaycan güc mövqeyini sübut edib. Çünki ölkəmizə qarşı aparılan kampaniya, çirkin təbliğat mövcuddur. Amma bütün bunlar dövlətimizin iradəsinə təsir edə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycan xalqının və dövlətinin tərəfindədir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button