Lavrov: “NATO-nun baş katibi reallıqla əlaqəsini itirib”

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, NATO baş katibi Yens Stoltenberq reallıqla əlaqəsini itirib və onun açıqlamalarını ciddi qəbul etmək çətindir.

Rusiyalı diplomat bu sözləri “Hökumət saatı” çərçivəsində Dövlət Dumasında deputatların suallarını cavablandırarkən söyləyib.

S.Lavrov Moskvaya qarşı mümkün sanksiyaları şərh edərkən isə deyib ki, Qərb hərbi coşqudadır.

“Sanksiyalara gəlincə: biz görürük ki, qərbli həmkarlarımız, mübaliğəsiz, hərbi bihuşluq içərisindədirlər, onlar yalnız “hücum etsəniz, cəzalandıracağıq” deyirlər. Siz də Qərbin öz mövqeyini ifadə etdiyi isterik ifadələri oxuyursunuz”, – deyə Sergey Lavrov vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button