Lavrovdan Qarabağda Rusiya sülhməramlılarına təxribat məsələsi ilə bağlı açıqlama

Rusiya Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hansısa təxribat qeydə almayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bunu TASS-a müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyət normallaşmağa meyillidir. Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək, vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq meylini məmnuniyyətlə qeyd edirik. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdiyi yüksək səviyyədə əməkdaşlığı qeyd etmək istəyirəm. Rusiya da öz növbəsində atəşkəsin təminatçısı funksiyasını məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir. Rusiya sülhməramlılarına qarşı hələ təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, yeganə pozuntu 13 dekabrda Rusiya sülhməramlılarının olmadığı ərizidə meydana gəlib:

“Sülhməramlı kontingentimizin komandanlığının azərbaycanlı və erməni tərəfdaşları ilə təmaslarda atdığı addımlar hadisənin böyüməməsinin qarşısını almağa kömək etdi”.

O qeyd edib ki, Rusiya atəşkəsin pozulmasının qarşısını almaq üçün hər cür səy göstərməyə davam edəcək.

Hamısını Göstər

Related Articles

Back to top button