Layihənin hüquqşünası Leyli Quliyeva: “Hüquqi dəstəyə ehtiyacı olan insanlara nəinki layihə çərçivəsində, hətta il boyu təmənnasız hüquqi yardım etdik”
Layihənin hüquqşünası Leyli Quliyeva hüquqi dəstəyə ehtiyacı olan
insanların onlara nəinki layihə çərçivəsində, hətta il boyu təmənnasız hüquqi
yardım etdiklərindən danışıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai
Birliyi “İmkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial
problemlərinin həllinə təşəbbüs” adlı layihəsi çərçivəsində Bakıxanov
qəsəbəsində yerləşən “Furqan” ailəvi istirahət mərkəzində tədbir keçirdib.
Tədbirdə 20 nəfər ahıl, kimsəsiz, əlil şəxslərlə birlikdə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
əməkdaşı Natiq Lahıcov, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai
Birliyinin sədri Esmira Orucova, 188 nömrəli orta məktəbin direktoru Sabir
Mahmudov, layihədə çalışan təlimçilər Oktay Qasımov və Sədi Heydərov da
iştirak ediblər.
Tədbiri layihə rəhbəri, Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai
Birliyinin sədri Kübra Babayeva açıb. O, Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə onların layihəsinə maliyyə
dəstəyi ayırdığı üçün təşəkkür edib, qonaqları salamlayıb. Layihə çərçivəsində
görəcəkləri işlər haqqında məlumat verib. Sonra “Həsrət Yolu” ƏGKİB-nin sədri
Esmira Orucova Kübra Babayevanın illərdən bəri QHT sədri olaraq apardığı
fəaliyyəti haqqında geniş məlumat verib. Qəsəbədə “Kübra ana” kimi tanınan
Kübra Babayevanın illərdən bəri diqqət və qayğıya ehtiyacı olan yaşlı, xəstə,
kimsəsiz insanların yanında olduğunu, onların sosial və hüquqi problemlərinə
imkanı daxilində kömək etdiyini qeyd edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin əməkdaşı Natiq Lahıcov Azərbaycan dövlətinin və Agentliyin QHT-
lərə göstərdiyi dəstəkdən danışıb və Kübra Babayevaya gördüyü bu gərəkli və
xeyirxah işində uğurlar arzulayıb.
Layihənin hüquqşünası Leyli Quliyeva hüquqi dəstəyə ehtiyacı olan
insanların onlara nəinki layihə çərçivəsində, hətta il boyu təmənnasız hüquqi
yardım etdiklərindən danışıb.
Sonra tədbirə dəvət olunmuş ahıl, əlil şəxslər onlara bir neçə saat da olsa,
xoş ovqat bəxş etdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Maarifçi Xeyrxah
Xanımlar İctimai Birliyinin sədri Kübra Babayevaya dərin təşəkkürlərini
bildiriblər. Bir neçə nəfər isə sosial problemlərinin həlli üçün layihənin
hüquqşünası Leyli Quliyeva müraciət ediblər.
Tədbir nahar süfrəsi arxasında xoş əhval ruhiyyə ilə davam edib. Sonda isə
20 nəfər şəxsə layihə rəhbərinin öz maddi vəsaiti ilə aldığı sovqat – ərzaq
məhsullarından ibarət paketlər paylanıb.
Qeyd edək ki, layihənin müddəti 3 aydır. Layihə çərçivəsində görüləcək
xeyirxah işlər hələ də davam edir.