Litva Lukaşenkonun girişinə qadağa qoydu

Litva Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib.

“Delfi” yə istinadən xəbər verilir ki, bu barədə Litvanın Xarici İşlər naziri  Linas Linkyaviçus məlumat verib.

Bildirib ki, Litva daha 31 Belarusiyalı məmurun ölkəyə girişinə qadağa qoyub.

Siyahı artıq Litva Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim edilib.

Qeyd edək ki, Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və Aleksandr Lukaşenkonu qanuni lider kimi tanımayan qətnamə qəbul edib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button