Lukaşenkonun Navalnının zəhərlənməsi ilə bağlı dediyi telefon söhbətinin mətni açıqlandı – ŞOK FAKTLAR

Cümə günü Belarusun ONT dövlət televiziya kanalı Aleksey Navalnı ilə bağlı telefon söhbətinin mətnini yayımlayıb. Aleksandr Lukaşenko bu haqda cümə axşamı günü Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşü zamanı anons vermişdi.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

“Berlindən bir abunəçi” kimi etiketlənmiş səs “hər şeyin plana uyğun getdiyini” elan edib. “Navalnı ilə bağlı materiallar hazırdır, kansler ofisinə veriləcək. Onun açıqlamasını gözləyirik”. Səs yazısının ingilis dilindən ruscaya tərcüməsində belə deyilir.

“Varşavadan bir abunəçinin” növbəti sualına və Navalnının zəhərlənməsinin təsdiqlənib-təsdiqlənməməsinə “Berlindən olan abunəçi” belə cavab verib: “Dinlə Mayk, bu, o qədər də vacib deyil. Bir müharibə gedir. Müharibə zamanı hər cür metod yaxşıdır”.

Aşağıdakılar “Varşavadan olan abunəçinin” dediyi sözlərdir: “Putinin burnunu Belarusun işlərinə soxmaqdan çəkindirməliyik … Ən təsirli yol onu Rusiyanın problemlərinə qərq etməkdir və bunlar çoxdur! Üstəlik, yaxın gələcəkdə Rusiyanın bölgələrində seçki günü olacaq”.

Buna cavab olaraq Berlindən olan həmsöhbət bununla məşğul olduqlarını deyib.

Bundan əlavə, dərc olunan qeydlərdən belə çıxır ki, həmsöhbətlər Belarusdakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda, “Varşavadan abunəçi” işlərin o qədər də yaxşı getmədiyini etiraf edib ki, Prezident Lukaşenko çatlamaq üçün çətin bir qoz olub:

“Bunlar peşəkar və mütəşəkkildirlər. Rusiyanın onları dəstəklədiyi aydındır. Məmurlar və hərbçilər prezidentə sadiqdirlər. Hələlik işləyirik” deyib və digər məsələləri telefonla müzakirə edə bilmədiyini söyləyib.

Cümə axşamı, Prezident Aleksandr Lukaşenko Minskdə Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edərkən Belarus elektron kəşfiyyatının Varşava ilə Berlin arasındakı telefon danışığını ələ keçirdiyini söyləyib.

Bu da Navalnının “Noviçok” tipli bir maddə ilə zəhərlənməsi iddiasının saxtalaşdırıldığını göstərir.

Dövlət başçısı bu söhbətin kimlər tərəfindən aparıldığını açıqlamayıb. Elə həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Belarus kəşfiyyatının materialları Rusiya Federal Təhlükəsizlik Xidmətinə verilib. Peskovun sözlərinə görə, hazırda “o mətn xüsusi xidmət orqanları tərəfindən təhlil olunur”.

Almaniya Nazirlər Kabineti Lukaşenkonun açıqlamasının həqiqətə uyğun olmadığını deyib.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button