Mədət Quliyev texnika ilə Əbu-Dabiyə çatdı, ermənilər isə yox…

Əvvəlki buraxılışlarımızda bildirildiyi kimi, Müdafiə Sənayesi Nazirliyinin simasında Azərbaycan Əbu-Dabidə keçirilən ən iri IDEX-2021 hərbi-texniki sərgisində fəal iştirak edir.

Azərbaycanı bu sərgidə Müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyev təmsil edir və o, müxtəlif ölkələrin hökumət nümayəndələri ilə fəal görüşlər keçirir, məsləhətləşmələr aparır.

59 ölkədən 900-ə yaxın aparıcı şirkətin iştirakı ilə keçirilən sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan 106 növ silah və sursat, o cümlədən pilotsuz uçuş aparatları, minaatan və digər silah növləri təqdim olunur.

Mədət Quliyev BƏƏ Baş nazirinin müavini ilə danışıqlarda

sərgidə Azərbaycan pavilyonu

Ermənistan hökumətinin əməllərinin iflasa uğraması fonunda Azərbaycanın Əbu-Dabidə qazandığı uğur qarşı tərəfdə – Ermənistanda geniş ictimai rezonans doğurub.

Erməni KİV-in məlumatına görə, Ermənistan hərbi texnikası yaranmış logistika problemləri üzündən Əbu-Dabiyə çatmayıb. Bu səbəbdən Ermənistan, onun üçün xüsusi ayrılmış pavilyonda təmsil olunmayıb. Bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi də IDEX-2021-də erməni məhsullarının olmaması haqqında tənqidi məlumatları şərh edərkən rəsmən bildirib.

sərgidə Ermənistanın boş pavilyonu

Ermənistanda bu məsələ ilə bağlı artıq xidməti araşdırmalara başlanıldığı qeyd olunur.

Bundan əvvəl xəbər verdiyimiz kimi, Əbu-Dabidə keçirilən IDEX-2021 Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan, Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti və sərgidə iştirak edən digər rəsmi şəxslərlə görüşlər keçirib.

Hamısını Göstər

Related Articles

Back to top button