Məscidi-Əqsanın xilaskarı olan azərbaycanlı

Adları qədim mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar.

Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar.

Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Qarabağın gözəl şəhəri olan Zəngilan ərazisindən Mosul şəhərinə də köçən zəngilər burada məskunlaşıblar və sonradan Dəməşq şəhərinin əmiri olacaq Nurəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olur. Əfşar türkü olan Nurəddin Zəngi I İmadəddin Zənginin oğludur. Sonradan dünya tarixində imza qoyacaq Səlahəddin Əyyubini 17 yaşında öz sarayına dəvət edib onu hərbiçi və siyasətçi kimi yetişdirən məhz Nurəddin Zəngi olub.

İlk səlibçilər Qüdsü ələ keçirdikləri zaman müsəlmanların əksəriyyətinin Əqsa məscidində bağlı halda aşkarlayıblar. Səlibçilər oradakı müsəlmanların təxminən 70 minini qətlə yetirib, Qiblə məscidinin özünü isə saraya çeviriblər. Qaya günbəzini kiçik kilsə, aşağı otaqları isə at tövləsi ediblər. Kütləvi qətliamda sağ qalan müsəlmanlar daha sonra məscidin mərkəzində böyük xaçlar üzərində çarmıxa çəkiliblər.

Səlahəddin Əyyubinin ustadı olan Nurəddin Zənginin sayəsində Əqsa məscidi səlibçilərdən geri alınır və məscid yenidən təmir edilir. Qüdsü daima qorumağı və onu səlibçilərə verməməyi vəsiyyət edən, islam tarixində ilk dəfə olaraq müsəlmanları bir araya gətirib, səlibçilərə qarşı müdafiə olunmağın bünövrəsini məhz Nurəddin Zəngi qoymuşdur. İbn Əl-Əsir yazır ki, islam tarixində ən ədalətli hökmran əfşar türkü olan Nurəddin Zəngi idi.

Sufi olan Nurəddin Zəngi islamın qoruyucu olub.

Çoxsaylı məscid, xəstəxana və məktəb tikdirən Nurəddin Zənginin istəyi Əqsa məscidini dünyanın ən gözəl tikilisi etmək idi. Onun vaxtında burada bütün dinlər eyni anda ibadət edə bilirdilər. Məscidin ilk imamları içərisində Azərbaycanın Zəngəzur və Zəngilan bölgəsindən bura gedən din adamları da olublar.

Onun ən böyük işi məsciddə xüsusi minbər qoyulması olur. Bu minbər çox gözəl olub və heç bir mismar və yapışqandan istifadə edilmədən hazırlanmışdı.

Təəssüf ki, Zəngi səlibçilər üzərində qazanılan qələbəni görə bilmir, səlibçilərdən böyük pul alan qulu tərəfindən öldürülür, lakin onun şagirdi Səlahəddin Əyyubi ustadının istəyini həyata keçirib və Qüds azad edildikdən sonra minbəri məsciddə quraşdırır.

Minbər günümüzə qədər gəlib çatmayıb. 1961-ci ilin 21 avqustunda Avstraliyada “Allahın kilsəsi” adlanan təşkilatın üzvü olan Maykl Denis Roxan tərəfindən məscid yandırılan zaman Nurəddin Zənginin arzusu ilə Səlahəddin Əyyubinin bura qoyduğu minbər yanaraq kül olub.

Hamısını Göstər

Related Articles

Back to top button