Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

Bu barədə erməni mediasında yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Qeyd edək ki, Gorus merinin müavini İrina Yolyan Azərbaycan Ordusunun İşxanasar sahəsində Verişen yaşayış məntəqəsi istiqamətində 3 km irəlilədiyini sosial şəbəkə hesabında yazıb.

Hamısını Göstər

Related Articles

Back to top button