Qarabağda ac ermənilərin üsyanı gözlənilir

“Bəlkə onlara Azərbaycan dövlətindən başqa sığınacaq yerləri olmadığını əyani şəkildə sübut edək?..”

Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra  Yuxarı Qarabağın dövlətimizin nəzarətindən kənar qalan hissəsində sovet dövründən, yəni özlərinin yaratdıqlar qondarma “münaqişə-problem”ədək yaşamış, eləcə də sonradan Ermənistandan və ya xaricdən köçürülərək qanunsuz məskunlaşdırılmış  hayların və ya ermənilərin sosial-iqtisadi durumu gündən-günə ağırlaşır. Bu, artıq Ermənistanda və ayrıca erməni mediasında da etiraf edilməkdədir…

Moderator.az “Qraparak” qəzetinin müxbiri  Süzan Simonyanın “Artsax sosial iğtişaşlar həddində” adlı məqaləsindən bəzi faktları təqdim etməklə oxucuların Qarabağdakı ermənilərin gerçək vəziyyətini təsəvvür etməsinə yardımçı olmağa çalışır…

Yazıda xüsusən müharibə nəticəsində Hadrutdan,  Şuşadan, Xocavənddən, Laçından və s. köçüb Xankəndiyə sığınmış  hayların ağır durumda olduğu bildirilir.  Həmin “rayon”ların burada müvəqqəti yerləşmiş “administrasiyaları” guya köçkünlərə yardım paylayırlar. Əslində onun əksər hissəsini məmurlar öz aralarında bölüşdürür, qalanını da yalnız dost-tanışa verirlər…

Şahidlərdən biri müxbirə danışır ki, Xankəndidəki  Şuşa “administrasiyası”nın qarşısında növbəni görüb yaxınlaşıb. Məlum olub ki, Ermənistandan hansısa xeyriyyəçilər tez hazırlana bilən sıyıq paylayırlar. Lakin növbədə hamıdan öndə duranların əksəriyyəti “administrasiya”nın işçiləridir…

Şuşadan köçmüş  erməni qadın ağlayaraq yalvarır ki, mənə başımı soxmağa bir daxma verin – bayırda gecələyirəm… O biri deyir ki, rejim kirayə tutmaq üçün hər ailəyə 50 min dram verir. Ancaq bunu bilən ev sahibləri qiyməti daha da qaldırırlar.

“Xankəndidəki bir qohumumun evində qalıram. Bir otağa 7 nəfər yığışmışıq. 70 min dram ödəyirik. Ərzağımız da tükənib. Heç soyuducumuz, qab-qacağımız da yoxdur.  Əvvəllər Qırmızı Xaç Cəmiyyəti bizə un, düyü, qarabaşaq, mərci və ət konservi verirdi. Lakin indi dayandırıblar. Deyirlər ki, sənin Qarabağ sakini olmaq haqqında düzgün sənədin yoxdur. Bəlkə yalan deyirsən; biz nə bilək, sən Ermənistanda qeydiyyatdasan, yoxsa burada?..” – ac, evsiz haylardan digəri belə deyir.

Mütəmadi olaraq “dövlət” qarşısında sosial tələblər irəli sürən “Artsax İnqilabi partiyası”nın rəhbəri Artur Osipyan deyir ki, məmurlar yenə də köçkünlər üçün ayrılan vəsaitləri mənimsəyərək varlanmaqla məşğuldurlar. Köçkünlər otellərə və qocalar evlərinə yerləşdirilib. Orada qalan hər köçkün üçün büdcədən 7-8 min dram ayrılır. Həmin pulu sənəddə artıqlamasıyla yazıb özləri mənimsəyirlər. Çünki otellərin sahibləri özləridir. Məsələn, Xankəndidəki “Yerevan” oteli Araik Arutyunyana, “Kaştan” oteli isə  keçmiş “maliyyə naziri” Spartak Tevosyana məxsusdur…

Martın 25-də Artur Osipyan Xankəndidə varlıların, məmurların villalarının köçkünlərə verilməsi tələbi ilə mitinq təşkil edib. Bundan sonra Araiklə görüşəndə ondan iki əsas “dövlət” fondunun – investisiya və kənd təsərrüfatına dəstək fondlarının vəsaitlərinin idarə olunması haqda ictimai hesabat verməsini tələb edib. Cavabında Araik bildirib ki, bu, sirrdir…”

Hamısını Göstər

Related Articles

Back to top button