Madyar: Netanyahu Macarıstana səfər etsə, saxlanılacaq

Macarıstanın gələcək Baş naziri, “Tisa” partiyasının sədri Peter Madyar İsrail Baş naziri Benyamin Netanyahunun ölkəsinə səfər edəcəyi təqdirdə saxlanılacağını bildirib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, o, ölkəsinin Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzvlüyünün də bərpa olunacağını qeyd edib.
“Bunu Baş nazir Netanyahuya açıq şəkildə söyləmişəm. 2020-ci ilin iyun ayından etibarən “Tisa” bunu və Macarıstanın Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlüyünü qorumaq niyyətini bəyan edib. Əgər kimsə Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvüdürsə və axtarışda olan şəxs ölkəmizə daxil olursa, saxlanılmalıdır”, – Madyar deyib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında BCM Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs qərarı verib.
2025-ci ilin aprel ayında Macarıstan Baş naziri Viktor Orban beynəlxalq məhkəmənin İsrail Baş nazirinə qarşı həbs qərarı verməsindən sonra ölkəsinin BCM-dən çıxdığını açıqlayıb. Orban beynəlxalq məhkəmə orqanının siyasi alətə çevrildiyini söyləyib. Ardınca Netanyahu Budapeştə səfər edərək, Orbanla görüşübş.
Polise.az



