Tramp: Zənginləşdirilmiş uranın İrandan çıxarılması uzun çəkəcək

“2025-ci ilin yayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması uzun çəkəcək”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Dövlət başçısının sözlərinə görə, ABŞ-nin endirdiyi zərbələr İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələnib.
“Buna görə də zənginləşdirilmiş uranın çıxarılması uzun və mürəkkəb proses olacaq”, – Tramp vurğulayıb.
Polise.az



