Quterreş Kiprlə bağlı yeni bir təşəbbüs irəli sürəcək

BMT-nin baş katibi Antonio Quterreş Kipr məsələsinin həlli ilə bağlı yeni təklifləri iyul ayında açıqlamağı planlaşdırır.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Kipr türklərinin lideri Tufan Ərhürman bildirib.
Kipr türk icmasının rəhbəri bazar ertəsi günü bildirib ki, 18 apreldə Antalyada keçirilən Diplomatik Forum çərçivəsində BMT-nin sədr müavini Rozmari DiKarlo ilə görüşüb.
Ərhürmanın sözlərinə görə, Quterreşin təşəbbüsü Kiprdə parlament seçkilərindən sonra iyul ayında təqdim ediləcək.
Polise.az



