Mahirə Əmirhüseynova: Heydər Əliyev işığı ölkəyə nur saçdı

“Liderə ehtiyacı olmayan çox az sayda xaqlar olub ki, onlar da tarixin sərt kataklizimlərində assemlyasiyaya uğruyaraq, yoxa çıxıblar. Azərbaycan xalqı bu mənada xoşbəxtdir, ən kritik anında Ulu öndər Heydər Əliyev şəxsiyyəti xalqın avanqardına çevrildi”. 

Bu fikirləri “Rupor”a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyətin dəhşətli fəsadalara yol açdığını xatırladan QHT rəhbəri vurğulayıb ki, qiyamçı Surət Hüseynovun separatçı Əlikram Hümbətovun, AXC hakimiyyətindəki vəzifə hərislərinin dövləti məhv etmək istiqamətində söykəndikləri çirkin niyyət məhz Heydər Əliyev dühasının, uzagörənliyinin, xalqa, vətənə sevgisin sayəsində məmləkət xilas oldu: 

“Heydər Əliyev qəzaya düşmüş bir ölkənin xalqın xahişi ilə sükanı arxasına keçməsəydi, biz dözvlət müstəqiilliyimizi belə, itirə bilərdik. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi”. 

QHT sədri hesab edir ki, Azərbaycana qarşı xarici təhdidlər hər gün sürətlə artır və güclənirdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın yeni ərazilərini işğal edir, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan edir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.Ölkənin iqtisadiyyatına qarşı təhdidlər hökm sürürdü: 

“Ölkə bütün mənalarda xaosa sürüklənmişdi. Bizi bu bəladan ancaq Heydər Əliyev xilas edə bilərdi. Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi; 

Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;

Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;

İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;

İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;

Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı; 

Ordu quruculuğunda mühüm addımlar atıldı;

O cümlədən Enerji sahəsində “Əsrin Müqaviləsi”nin imzalanmasından başlayaraq, İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;

Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi;

Xarici siyasətdəki uğurlarımız isə saymaqla bitməz. Təkcə onu qeyd edək ki, Ermənistanın adı bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi daxil oldu”.

Mahirə Əmirhüseynova 15 iyun tarixinin xilas tarixi olduğunu deyir. Onun fikrincə, Milli Qurtuluş günü məhz xalqın bayramıdır: 

“Bizim xalq istedadı, insanlığı, tolernatlığı ilə yaxşı mənada çox fərqlənir. Belə bir xalqı məhv etmək yolu seçənlər Heydər Əliyevin işığı qarşısında çaşbaş düşdülər. Heç bir il keçmədi, ölkə həmin ünsürlərdən təmizləndi. Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir, Ulu öndərin ruhu qarşısında baş əyirik”. 

Hamısını Göstər

Related Articles

Back to top button