Mahirə Əmirhüseynova: “İnsan alveri cinayətinə qarşı mübarizədə effektli nəticələr əldə olunur”

Bəlli olduğu kimi, ABŞ Dövlət Departamenti bu dəfə ənənələrinin əksinə olaraq ölkəmizlə bağlı müsbət tendensiyaları özündə birləşdirən hesab yayıb. Belə ki, ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Bununla bağlı qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir. Belə ki, hesabatda bildirildiyinə görə, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib.

Məsələ ilə bağlı fikirlərini bölüşən “İsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova mətbuata açıqlamasın da beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri müsbət qiymətləndirmələrinin səbəbləri sırasında “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı aparıcı qeyri-hökumət təşkilatlarının yetərli və məqsədyönlü iş aparmaları əlaqələndirib: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə geniş imkanlar yaradır. Əldə olunan uğurların fonunda insan hüquq və azadlıqların qorunması başlıca məqsədlərdəndir. Bu baxımdan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Həmçinin ölkəmiz insan azadlıqları ilə bağlı yeni qanunlar qəbul edib, dövlət proqramlarını təsdiq edib. Təbii ki, transmilli cinayət şəbəkəsinin növləri sırasında olan insan alveri cinayətinin ölkəmizdə də baş verməsi narahatlıq yaradan problemlərdəndir.Vətəndaş cəmiyyəti institutları mütəmadi olaraq insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğati işlər təşkil edirlər. Bu istiqamətdə Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı QHT-lərə hər cür dəstəyi göstərməsi insan alveri cinayətinə qarşı mübarizə tədbirlərində effektli nəticələrin əldə olunmasına imkanlar yaradıb”.

Mahirə Əmirhüseynova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədbirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti institutları ilə birlikdə insan alveri cinayətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. Eyni zamanda, qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Hamısını Göstər

Related Articles

Back to top button