MAK prezidenti Makronla Rusiya ilə hərbi əməkdaşlığı müzakirə etməkdən imtina edib
Mərkəzi Afrika Respublikasının (MAK) prezidenti Fosten-Arkanj Tuadera Fransa prezidenti Emmanuel Makron ilə danışıqlar zamanı bunun suverenlik məsələsi olduğunu vurğulayaraq Rusiya ordusu ilə əməkdaşlığı müzakirə etməkdən imtina edib.
“Report” xəbər verir ki, bu barədə “RFI” radiostansiyası Mərkəzi Afrika Respublikası prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tuadera fransalı həmkarına müdafiə və təlimlə bağlı dövlətlər arasında razılaşmanın bir hissəsi kimi Rusiya hakimiyyəti ilə işlədiyini izah edib və sonra əlavə edib ki, qalanı “onun (Makronun – Qeyd) işi deyil.
“Əgər biz ənənəvi tərəfdaşımız Fransa ilə tam inamla işləmək istəyiriksə, o zaman biz yaşadığımız reallığa və ölkəmiz üçün istədiklərimizə əsaslanaraq işləyəcəyik. Danışıqlar zamanı belə bir hiss var idi ki, Fransa açıq və dürüst əməkdaşlığı bərpa etmək arzusundadır”.
Polise.az