Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Polise.az xəbər verir ki, oktyabrın 10-da baş vermiş hadisə ilə bağlı özgə əmlakını qəsdən məhv edən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, zəruri dəlil və sübutlar toplanır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, eləcə də “Renault” markalı minik avtomobili qismən yanıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button