Maştağa sakinində “Makarov” markalı tapança aşkarlanıb
Polis əməkdaşları əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirib.
Bu barədə Polise.az –a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, bir “Makarov” markalı tapança, dörd patron və 1 patron darağı aşkarlanıb.
Faktla bağlı 14-cü polis şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Polise.az