Meydanda bir nəfər də qalsa, döyüş davam edəcək

2020-ci il  sentyabrın 27-i günü Vətən müharibəsi  başladı. . Çox gecikdik. Bu əbləhlərin nazı ilə çox “oynadıq”. Gör neçə illərdir şəhidlər veririk. Vətən torpağı yad addımları və üzərində düşmən çal çağırı qəbul etmir. “Haydı igidlərim, düşmən üstünə!” çağırışına da gec əməl etdik. Gözlədik ki, dünyada insan hüquqlarının qorunmasına nəzarət edən BMT sözünün üstündə duracaq. Amma… 29 sentyabrda keçirilən növbədənkənar, qapalı iclasında hər şey aydın oldu. “Tərəflər arasında gedən müharibədən narahatlığını ifadə etdilər, ATƏT-ə tapşırıldı ki, missiyasında fəal olsun.” Məlum iclasda 4 qətnamələrin icrasına start veriləcəyi gözlənilirdi. Yenə insan hüquqlarına dekorativ yanaşma, erməni təcavüzünə isə “Narahatlıq” ifadə olundu . Nə yaxşı ki, daha gözləmədik…

Ordumuz elan olunmamış müharibəyə sərt cavab verməkdə davam edir. Bu, Baş Komandanın qətiyyəti, xalqın iradəsini ifadə edən qərarın icraya yönəlməsidir. Tanrı döyüşən qüvvələrimizin yanında olsun! Qəfil külək düşmən gözünə qum səpsin! Düşmənə qarşı  soyuqqanlı və amansız  olmaq  vətənə  sədaqətdən doğur. İkinci  dünya  müharibəsi  də elan  olunmadan  başladı. Dünya  çaş-baş qaldı. Almaniya bəşəriyyətə hegemonluq  etmək üçün  dünyaya cəbhə açdı. Sonrası  hamıya bəllidir… Nürinberq hərbi tribunalı Hitlerin başında çatladı, məcbur olub intihara qurban oldu. Nasist xislətli insanların hər birinin  aqibəti belə olur.

 İşə baxın: Cılız  ermənilər “böyük Ermənistan” eşqinə düşüblər…

Vətən uğrunda döyüşə hamı hazırdır. Bizim haqq səsimizi hər zaman eşidib yanımızda olmaq istəyən Türkiyə, Pakistan və Əfqanıstan ölkələrinin  bəyanatlarından qürur duyduq. Saakaşvili  “Qarabağ   Azərbaycanın  əzəli   torpağıdır” – səsləndi. İtaliya parlamenti, Latviya deputatı, Ukrayna dövləti  bizə haqq qazandırdı.

ATƏT-in Minsk qrupu danışıqlar masası ətrafında oturub məsələni – uzun sürən münaqişəni yenə danışıqlar yolu ilə həllini təklif edir, yenidən şərab süfrəsinə toplaşmaq istəyirlər.

30 il  işğal altında olan torpaqlarımızın  üstünü də, altını da sümürüb  aparıblar, şəhərlər, kəndlər, tarixi abidələr, hətta qəbirstanlıqlar və Allah  evləri də vandal təfəkkürlü ermənilərin vandalizminə məruz qalıb.

Ermənilərin Azərbaycana qarşı elan olunmamış, mənasız əsaslara söykənən müharibəsinin kökündə genosidin – qətliamın dairəsini  böyütmək, xalqı məhv etmək kimi vəhşi, çürük və çirkin siyasət durur. Əsrlər boyu bu millətin xislətində bizə qarşı kin və nifrət yuva salıb, düşüncələrində Azərbaycanfobiyası qərar tutub. Vəhşilərə xas vərdişlər bu millətin qanında var. Tanıdığımız Baqramyandan, Mikoyandan, Andranikdən tutmuş Balayana, Sarkisyana və onlardan törəyən, qohumluq əlaqəsində olanların hamısında azəri türklərinə qarşı nifrət  bəslənib. Azərbaycanın isə ermənilərə qarşı humanistliyi səhv imiş. Düşmənlərimizlə qohumluğu olanların da taleyini onlar yazıblar. İllərdir erməni kökənlilər, bizdən olmayanlar sərvətimizə sahib çıxıb, ölkədən kənarda özləri üçün eyş-işrət qurublar. “Gecələr ermənidən olan məkrli gəlinlə bir yastığa  baş qoyub əsilzadələrimizin goruna söyürlər”. Tfu!

Biz, unutqan millətik, daha heç nəyi və heç kimi unuda bilmərik… Unutqanlıq artıq yasaq olundu. Qurbanları veririrksə qazandığımız nədir? “Şəhidlik zirvəsi?”, “Milli  qəhrəman?”. Torpağı işğal altında olanın, namusu, iffəti, həyası  ləkələnən millətin, dini alçaldılan  xalqın, erməni əclaflarının tapdağı altında olan torpaqlarımızda   uyuyan, “yuxularını” hər gün qarışıq görənlərin  ruhları bizi bağışlamaz, hər gün narahat olacaqlar… hər gün! İşğalçılar torpaqlarımızdan cəhənnəmə vasil olana qədər döyüş inşəallah davam edəcək! Meydanda bir əsgər də qalsa, deməli döyüş hələ bitməyib, davam edəcək!

Bu gün, vətən müharibəsinin başlanmasını bütün Azərbaycan xalqı sanki bayram kimi qəbul edir. Eyvanlardan, nəqliyyat vasitələrimizdən, hündür  mərtəbələrdən qanımıza, dinimizin kitabına və suverenliyimizə boyanan  bayrağımızın nümayişi çox şeydən xəbər verir. Dövlət Başçısı, Ali Baş Komandan tərəfindən hərbi vəziyyətin də elan olunması “döyüşə başladıq”, “torpaqlar  məkrli, lənətlənmiş düşmənlərdən azad olunmayınca Hərbi vəziyyət davam edəcək!” mesajının verilməsidir.

Ali Baş Komandan İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci  sessiyasında videoformatdakı çıxışı dünyaya, erməni havadarlarına, ATƏT-in Minsk qrupuna əslində “barmaq silkələmək”, 10 milyon xalqın daşmaqda olan səbrinə, kükrəyən harayına, milyon qaçqın ailələrinə insan kimi yanaşın! 30 il ərzində məsələni həll etmək istəmədiniz, harayımız eşidilmədi, bu nadan millət tərəfindən qətlə yetirilən uşaqların, dinc  əhalinin də ah-vayı, naləsi qulaqardına vuruldusa, yetər artıq, indi kənara çəkilin! Bizi öz dərdimiz və problemimizlə baş-başa buraxın!… – demək idi.

Sonra qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Teyyub Ərdoğanın odlu-alovlu, qürur verən çıxışı da silaha sarılmağı vacib saydı. “Biz, kardeşlərimizin hər zaman, təhlükənin hardan gözləndiyinə baxmayaraq yanızdayız!” – deməsi nəfəsimizə barıt qoxusu qatdı…

Məni, vətən savaşının  iştirakçısı kimi üzən bir halda  var. Orta məktəbdə  oxuduğum illərdə xalq şairi Süleyman Rüstəmin ürək yanğısı ilə yazdığı “Təbrizim” şeirinin əhəmiyyət və əzəmətini  itirməsidir.

“… Qoymaram  yadları  girsin qoynuna
    İzin ver əlimi  salım  boynuna.
      Sənin  bayramına, sənin toyuna,
      Dini bir, qanı bir qardaşın gəlib.
      Dərdinə aşina  sirdaşın gəlib…”

İran ermənistana silah daşınması üçün öz ərazisində dəhliz açdı, dərdimizə şərik çıxmadı, kənarda, haqsızın tərəfində durmaqla dinimizə sayğısızlıq göstərdi… Qəmlənməmək olmur. Bir yerdə Kəbə evini təvaf etdiyimiz dini və qanı bir olan qardaş və bacılarımızın vətəndaşı olduğu dövlət niyə bizdən gen gəzib dolanır? Axı, qiyamət günü də var! Rəbbimizin hüzurunda nə cavab verəcəyik!?

İllər  ötəcək. Gələcək nəsillər bu günü tariximizin əlamətdar səlnaməsi kimi xatırlayacaq, bu günün islahatçı və qurucu dövlət başçısı, indiki  situasiyada siyasi və diplomatik müvazinətini qoruyub saxlayan, pandemiyanın dünyada meydan suladığı və iqtisadi  böhranın daşdığı bir vaxtda İlham Əliyev paralel olaraq xalqın iradəsini əsas götürərək ərazi  bütövlüyünün bərpasına yönələn çağırışlara əməl etməyə start verdi. Bu, Baş Komandanın cəsarətli hərbi taktikasına hamımız dəstək olduq. Milli ordu isə hücum əmrini şücaət və qəhrəmanlıqla icra edir. Allah qorusun! Qisas qiyamətə qalmasın!

Yolumu kəsməsin dumanlı dağlar,
Gözlərim yaş tökər, ürəyim  ağlar.
Kəlbəcərim, Şuşam, Xocalım… kimi,  
Kainata sığmaz  dərd-sərimiz var…

Sonuncu əsgər dəfn olunana qədər də döyüş var…

Tanrı  millətimizi qorusun, ordumuza  dayaq olsun !Amin!

Şəmsəddin Əliyev
Hüquqşünas-publisist

Hamısını Göstər

Related Articles

Back to top button