Milli Məclisin könüllüləri olacaq

Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici işlər planı müəyyənləşib.

Komitənin işlər planına “Deputat könüllüləri” layihəsinin icrası və hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılaması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, kömitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir.

Bundan əlavə, 2 fevral – Gənclər gününə həsr olunan ictimai dinləmənin keçirilməsi də işlər planına daxil edilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button