Milli Şuranın qapalı toplantısından daha bir şok video: Mehman Əliyevə ittihamlar…

Milli Şuranın qapalı toplantısından daha bir şok video -parça yayılıb. Bu dəfə də bu qurumun rəhbərliyində olan şəxslərin siyasi -mənəvi göstəricilərinin düşüklüyü müşahidə olunur.

Onlar yenə üz-üzə gəldikləri, normal münasibətdə olduqları tanınmış insanların ünvanlarına alçaldıcı və təhqiramiz ifadələr işlədiblər. Yenə də biri deyib, digərləri daha da gücləndirib, sonra da qrup halında hırtıldayıblar.

“Turan” agentliyinin rəhbəri Mehman Əliyevi hakimiyyətə işləməkdə günahlandırıblar. REAL partiyasının liderlərindən olan Natiq Cəfərlini ən aşağı ifadələrlə təhqir ediblər…

Bir sözlə, hakimiyyət iddiasında olan bu məxluqlar bu və bundan əvvəllərdə hissə -hissə yayılan video-parçalar vasitəsi ilə tam ifşa olunublar. Bu illər ərzində hakimiyyət bunlara heç bu qədər zərbə vurmamışdı, nəinki özləri öz dilləri ilə özlərini bu qədər yaraladılar.

Buyurun, baxın. Milli Şura rəhbərləri yenə səhnədə, yenə kimlərisə təhqir edir, kimlərisə aşağılayır, üstündən də “qruppovoy” …gülürlər.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close