Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.

Polise.az  xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Toplantıda əvvəlcə Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. O, bu məqsədlə aprelin 11-də Belarusa işgüzar səfər edib.

Bundan əvvəl MDB İcraiyyə Komitəsi XİN başçılarının beynəlxalq gündəlikdəki aktual məsələlər və qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlarını açıqlamışdı.

İclas iştirakçıları həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi, MDB-nin 2025 və 2026-cı illərdə idman paytaxtlarının elan edilməsi, MDB-nin əsas təşkilatları statusunun verilməsi haqqında qərarlar qəbul edəcəklər. Birlik ölkələri hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi, həmçinin universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasların artırılması sahəsində fikir mübadiləsi aparacaqlar.

İclasda nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının və 2023-cü ildə MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin intensivləşdirilməsi üzrə fəaliyyət proqramının icrasına yekun vurulacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button