Mirzoyan Azərbaycanın bayrağının qarşısında foto çəkdirdi – ABŞ görüşündə maraqlı mənzərə (FOTO)

Fotoda nazirlər dövlət bayraqlarının qarşısında dayanıblar. Amma Azərbaycanın XİN başçısı Ceyhun Bayramov ABŞ-ın, dövlət katibi Entoni Blinken Ermənistanın, Ararat Mirzoyan isə Azərbaycanın dövlət rəmzinin önündə poz veriblər. Əslində protokola görə hər ölkənin təmsilçisi öz bayrağının fonunda rəsmi foto çəkdirməlidir.

Maraqlıdır, bu yanlışın səbəbi nə ola bilər?

Diplomatik qaydalara görə, danışıqları təşkil edən ölkə hər iki tərəflə bərabər məsafədə ortada, öz dövlət rəmzinin qənşərində dayanmalıdır. Fotoda Entonu Blinken mərkəzdə dayansa da onun arxasında Ermənistan bayrağı qoyulub.

Bu, təsadüfdürmü?

Əlbəttə, təsadüflər mümkündür, amma ABŞ-ın olduqca ciddi önəm verdiyi sülh prosesində belə “diqqətsizlik” az ehtimal olunur. Çox güman, görüşü təşkil edən ABŞ diplomatik heyəti Vaşinqtonun moderatorluğu ilə keçirilmiş müzakirələrdə irəliləyişlərin əldə olunduğunu vizual olaraq dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Belə ki, ABŞ bayrağı əvvəl, daha sonra Ermənistan və Azərbaycanın dövlət rəmzləri yanaşı qoyulub. Əgər nazirlər bayraqların yerinə uyğun dayansaydılar, hansı mənzərə ortaya çıxacaqdı? Başda dövlət katibi Blinken, sonra Ermənistan və Azərbaycan XİN başçıları. Görünür, müzakirələrdə münaqişə tərəfləri ABŞ-ın gözlədiyi səviyyədə tərəqqiyə nail olmadıqları qənaətindədirlər. Ona görə, amerikalı diplomatların istəyinə uyğun olaraq yanaşı dayanmaq istəməyiblər. Nəticədə belə mənzərə alınıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button