“Moskva istəməsə belə, Ankara ilə…” – CIA-nın keçmiş rəsmisindən şok iddia

“Bu gün Avropa, Balkan yarımadası, Aralıq dənizinin şərqi, Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Orta Asiya və bütün Avrasiyanın əsas güclərindən biri Türkiyədir”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərq İdarəsinin keçmiş rəhbəri Qaraham Fuller deyib.

Fuller hesab edir ki, bu gün deyilənlərin əksinə olaraq, Yaxın Şərqdə iki islamçı rəqib İran və Səudiyyə Ərəbistanı yox, Türkiyə və Səudiyyə Ərəbistanıdır: “Ankara Riyad üzərində üstün bir gücə malikdir. Türkiyə bu gün bütün müsəlmanların səsi olmasa da, müsəlman dünyasının əsas kilid fiqurlarından biridir və bu yöndə önəmli rol oynayır”.

Fuller ağır sanksiyalar və təzyiqlər altında olan İranın İslam dünyasına liderlik edə bilmədiyini, Türkiyənin bunun üçün böyük imkanları olduğunu söyləyib.

CIA-nın keçmiş yetkilisi Türkiyənin “Avropa gücü” kimi də önə çıxdığını iddia edib: “Türkiyə texniki olaraq Avropanın bir hissəsidir. Axırda Avropa müstəqil Türkiyəni özündən uzaqlaşdırmaqdansa, təsirləri artan Türkiyəni daha çox itirməmək üçün uzaqda saxlamağa çalışacaq”.

Türkiyənin Avrasiya gücü olduğunu bildirən Fuller bu ölkənin Rusiya ilə əlaqələrinə də diqqət çəkib:

“Rusiya Türkiyənin Orta Asiya ilə əlaqələrindən və buradakı maraqlarından narahatdır. Ancaq dünyada orta səviyyəli güc olaraq Rusiya üçün Türkiyə görməzdən gəlinməyəcək qədər önəmlidir. Başqa sözlə, Moskva aradakı gərginliyə baxmayaraq, Türkiyə ilə əlaqələrini davam etdirmək üçün əlindən gələni edir. Bu, Avropanın Türkiyəyə baxışlarına bənzəyir. Yəni Türkiyə əlaqələri qoruyub-saxlamaq üçün önəmli bir gücdür və Moskva istəməsə belə, ona dözür”.

Hamısını Göstər

Related Articles

Back to top button