Müalicə aldığı xəstəxananı qanunsuz olaraq tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə koronavirus xəstələri üçün nəzərdə tutulmuş səhiyyə müəssisəsində müalicə alan Oruc Musayevin nəzarətdən yayınaraq oranı tərk etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə aktiv COVID-19 xəstəsi olan həmin şəxsin sağalmadan, qanunsuz olaraq xəstəxananı tərk etməsi və taksi ilə Zaqatalada yaşadığı ünvana gəlməsi  müəyyən edilib.

Digərlərinin də sağlamlığına təhlükə yaradan O.Musayev barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button