“Müasir Azərbaycanın memarı Heydər Əliyev” mövzusunda konfrans keçirilib
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Müasir Azərbaycanın memarı Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Bu barədə Polise.az -a ADRA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ADRA Yeni Azərbaycan Partiyasının (YAP) sədri Əhməd Panayev açaraq Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət və siyasi lider kimi Azərbaycan tarixindəki rolundan, zəngin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından söz açıb.
Akademiya üzrə YAP-ın üzvü Tural Ağayev Ümummilli Liderin respublikamızın hərtərəfli inkişafındakı fəaliyyətindən, ADRA YAP-ın sədr müavini Lalə Hüseynova isə dahi şəxsiyyətin Azərbaycanın mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərimizin beynəlxalq arenada tanınmasında müstəsna xidmətlərindən söz açıblar.
Rektor Natiq Əliyev ADRA üzrə YAP sıralarına yeni daxil olmuş tələbələrə üzvlük vəsiqələrini təqdim edib.
Tədbirdə Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.