Müdafiə nazirinin yeni müavini kimdir – Nizam Osmanovun qısa dosyesi

Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına başlayıb.

Bu təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Qeyd edək ki, general-leytenant Nizam Osmanov 2004-cü ildən 2013-cü ilə qədər I Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.

2015-ci ilin yanvarında general-leytenant Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunmuşdu.

Mənbə
modern.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close