Müğənni Safura Əlizadənin atası həbs edildi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Onlardan biri – Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

O,  vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır. 

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button