Narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aprelin 11-də saat 15 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.
Dövlət Yol Polisi İdarəsindən Polise.az –a bildirilib ki, sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.