Naxçıvan istiqamətində gərginlik: ermənilər bunu istəyir

Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir.

Bunu Report-a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginliyi şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Ekspertin fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması, habelə Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsini həll etmək istəmir:

“Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə hazır olduğunu bildirən Fransanı cəlb etməyə çalışırlar”.

Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə etdikləri razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir.

Ekspert hesab edir ki, Ermənistan onillərlə yeritdiyi destruktiv siyasəti davam etdirir. Ordusu darmadağın olduqdan və məğlub edildikdən sonra da Ermənistan reallıqları qəbul etmək istəmir:

“Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.

Hamısını Göstər

Related Articles

Back to top button