Nazarbayevin ailəsinin toxunulmazlıq statusu ləğv olundu

“Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Qazaxıstan Respublikasının Konstitusiya Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” qanunun qəbul edilməsinə Senatın 44, Məclisinin isə 93 deputatı yekdilliklə səs verib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, deputatlar sənədə iki oxunuşda baxaraq, qəbul edilməsinə səs veriblər.

“Senatdan iştirak edən 44 deputatdan, lehinə 44, Məclisdən iştirak edən 93 deputatdan, lehinə 93 deputat səs verib. Qərar qəbul edilib”, – səsverməyə yekun vuran Milli Məclisin sədri Yerlan Koşanov deyib.

 “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya Qanununun qüvvədən düşməsə də bütün toxunulmazlıq təminatları eks-prezident Nursultan Nazarbayevə şamil ediləcək.

Bunu respublikanın ədliyyə naziri Azamat Yeskaraev deyib.

“Lakin onun ailə üzvlərinə bu, şamil edilmir”, – nazir əlavə edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button