Nazir polis kapitanına yeni vəzifə verdi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. 

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis kapitanı Azər Ələkbərov təyin olunub.

Qeyd edək ki, Göygöl Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi polis mayoru Eldəniz Həsənov bir müddət öncə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

A.Ələkbərov buna qədər Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsində tağım komandiri olub.

Hamısını Göstər

Related Articles

Back to top button