Netanyahu: İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir

“İran nüvə silahı əldə etsə, bu, İsrail və yəhudi xalqının sonu olacaq”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışarkən bildirib.

“Əvvəllər də demişəm ki, nüvə bombaları İranın əlinə keçsə, bu, İsrail dövlətinin, yəhudi xalqının sonu olacaq. Əgər qırmızı, yaşıl, mavi işıq yanıbsa, işığın hansı rəngdə olması mənim üçün fərq etmir. Mənim üçün fərq etmir”, – o vurğulayıb.

Netanyahu qeyd edib ki, İsrail bu mümkün təhlükənin qarşısını vaxtında almalıdır: “Biz bunu etməliyik, əks halda, məhv olacağıq, burada olmayacağıq”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button