Niger hərbçiləri fransız qoşunlarını ölkədən çıxmağı tələb edib
Nigerdə üsyançıların yaratdığı Vətənin Qurtuluşu Milli Şurası Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.
Polise.az xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb.
Məlumata görə, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt vermişdi. Bu müddət sentyabrın 3-də başa çatır.
Kanal bildirir ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkədə hakimiyyət orqanlarına Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilən fransız hərbçilərinin qida, elektrik və su təchizatını kəsmək çağırışları var.
Polise.az