Nikol ultimatuma razı olmadı: bu gün İrəvan qarışacaq

Parlamentdənkənar qüvvələr əmindirlər ki, bu gün saat 12:00-a kimi Nikol Paşinyan istefa verməyəcək.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat dərc edib.

Məlumata görə, 16 partiyanın irəli sürdüyü ultimatumun vaxtı bitəndən dərhal sonra itaətsizlik aksiyalarının təşkili nəzərdə tutulur.

Məqalədə bildirilir ki, müxalifət region və paytaxt yollarını iflic vəziyyətə gətirməyi planlaşdırır. Bu, hələ ki, müxalifətin əsas planıdır. Paşinyanı istefaya məcbur etmək məqsədilə ölkə rəhbərliyinə digər təsir mexanizmləri də hazırlanır.

Qeyd edək ki, müxalifət Baş nazir Nikol Paşinyana və onun komandasına dekabrın 8-də saat 12:00-a qədər istefaya getmək üçün vaxt vermişdi.

Hamısını Göstər

Related Articles

Back to top button