Noyabrda 4 gün ardıcıl qeyri-iş günləri olacaq – TARİXLƏR

Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.

Polise.az  xəbər verir ki, bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək.

Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.

Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button