Oğuzda 4 qumbara tapılıb

DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Oğuz rayonu Bucaq kəndi ərazisində 2 ədəd  şübhəli bağlamanın olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “polise.az“a bildirilib ki,  Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gəlib, bağlamalarda 4 ədəd qumbara və partladıcı olduğu müəyyən edilib.  Polis əməkdaşları tərəfindən ərazi dərhal mühafizəyə alınıb və ANAMA-nın əməkdaşları dəvət edilib.  Agentliyin  mütəxəssisləri əraziyə baxış keçirib və oradan 4 ədəd F-1 əl qumbarası və  1ədəd qumbara partladıcısı aşkarlanıb, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hamısını Göstər

Related Articles

Back to top button