Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb

Oğuzda itkin düşən uşağın meyiti tapılıb. 

Uşağın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib. 

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

***

saat 09:20

Fövqəladə Hallar Nazirliyi Oğuzun Xaçmaz kənd sakininin itkin düşməsi barədə məlumat yayıb.

Nazirliyin saytına istinadən verilən xəbərə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

saat 08:10

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 12 yaşlı oğlan itkin düşüb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır. 

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button