Oğuzda koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini  Arif İsimxanovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

A.İsimxanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button