Oktyabrın 2-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktoru Yuriy Borisovla görüş keçirib. AZƏRTAC xəbər verir ki, görüş zamanı yüksəkixtisaslı yeni nəsil mühəndislərin hazırlanması və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Türk milləti dünyanın ən yaxşı silahlı pilotsuz uçuş aparatlarına sahibdir. Təbii ki, rəqabət davam edir. Həmin texnologiyalarımız Qarabağın azad olunmasında istifadə edildi. Bu, təbii ki bizim üçün qürur mənbəyidir. Həm də yeni nəsillərin üzərinə böyük bir məsuliyyət düşür. Onlar yaratdığı yeni texnologiyanı bütün dünyanın istifadəsinə verəcək, insanlığa fayda verməyə yönəlmiş texnologiyalar istehsal edəcəklər.

Polise.az  xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

“Türk orduları pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatları ilə dünyada ilk savaşı qazandılar. Öz torpaqlarımızı geri aldıq. Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər. Şəhid və qazilərimiz sayəsində Zəfər qazanıldı. Biz də texnoloji cəhətdən dəstək olduq və dua etdik”, – deyə S.Bayraktar bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button