“Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək” – Hulusi Akar

Türkiyə Milli Müdafiə naziri Hülusi Akar Bakıda türkiyəli əsgərlərlə görüşdə Qarabağda Rusya ilə birgə qurulacaq Ortaq Mərkəz barədə danışıb.
Bu barədə nazirliyin rəsmi saytında qeyd edilir.

“Atəşkəs rejiminin müşahidə olunması və ona nəzarət Ortaq Mərkəz vasitəsi ilə həyata keçiriləcək. Dostlarımız burada vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Bundan əlavə, partlayıcıları və minaları tapmaq, zərərsizləşdirmək və onların günahsız insanlara zərər verməməsi üçün hər cür səy göstərdik və buna davam edəcəyik. Bu baxımdan Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri bir yumruğa çevrildi.

Bu məsələni həll etmək üçün işimizi davam etdiririk. Çünki millətimiz nəcib, ədalətli, insani dəyərlərə, ətraf mühitə və günahsız insanlara çox həssasdır. Biz yalnız terrorçularla və ya əsgərlərlə mübarizə aparırıq. Biz o satqın və alçaqlar kimi Azərbaycan şəhərlərinə raket atanlardan, Xocalıda qətliam törədənlərdən deyilik.

Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanları Azərbaycan dövlətinin qanunları çərçivəsində təhlükəsiz yaşamaları üçün bütün səylərimizi göstərdik və buna davam edəcəyik. Bu Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və Türkiyə-Rusiya əsgərləri ilə birlikdə çalışaraq, azərbaycanlı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq vəzifəmizi yerinə yetirəcəyik”.

Hamısını Göstər

Related Articles

Back to top button