Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button