Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən liderlər sammitində Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Polise.az xəbər verir ki, dövlət başçısı çıxışında Azərbaycanın TDT-yə sədrliyinin öhdəsindən layiqincə gəldiyini bildirib.
“Zati-aliləri İlham Heydər oğlu Əliyevə Azərbaycanın Təşkilatımıza sədrliyi dövründə qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsində və münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında gördüyü əhəmiyyətli işlərə görə dərin minnətdarlığımı bildirmək istərdim”, – Şavkat Mirziyoyev vurğulayıb.
Özbəkistan lideri sədrliyi Azərbaycandan təhvil alan Türkiyəyə də uğurlar arzulayıb.
Polise.az



