Paşinyan: Güzəştə getməyə hazırıq

Dağlıq Qarabağla bağlı İrəvan kompromisə getməyə hazırdır.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Dağlıq Qarabağla bağlı güzəştə getməyə hazırdır. Əgər Azərbaycan buna hazırdırsa…”

Bu, əslində Nikol Paşinyanın döyüşdə uğursuzluğunu və tam məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinin etirafıdır. Ötən il Dağlıq Qarabağa gələrək, “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan artıq “güzəştlərə hazır olmasından” danışır.

Azərbaycan Prezidenti İlham Əliyev danışıqların başlaması üçün şərtlərini rəsmən elan edib: Azərbaycanın ərazi bütövlüyünü qəbul etməli, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılması qrafikini təqdim etməli, “Qarabağ Ermənistandır” sözünə görə üzr istəməlidir.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button