“Paşinyan-Putin görüşü müharibədən sonrakı razılığın pozulması şəraitində baş tutacaq” – Viqen Akopyan

“Paşinyan-Putin görüşü müharibədən sonrakı konsensusun (Mübahisəli məsələ üzrə razılığa gəlmə) pozulması şəraitində baş tutacaq. Hətta Cənubi Qafqazda maraqların “qütbləşməsi” prosesi başlaya bilər”.

Bu barədə erməni siyasi ekspert Vigen Akopyan “Sputnik-Armenia”ya müsahibəsində bildirib. Erməni ekspertin sözləinə görə, dünya güc mərkəzlərinin bölgəyə münasibəti dəyişir. Bu, İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda özünü göstərir.

Viqen Akopyan hesab edir ki, zirvə görüşlərindən əvvəl Azərbaycan öz tələblərini bildirmək üçün vəziyyəti gərginləşdirir. Guya Türkiyənin diktəsi ilə hərəkət edən rəsmi Bakı, Rusiya tərəfini çətin vəziyyətə salır. Əlbəttə ki, erməni siyasi ekspertin fikirləri qərəzli çıxışdan və birtərəfli mövqedən başqa bir şey deyil.

Akopyan qeyd edir ki, dəyişən şəraitdə Ermənistan hakimiyyəti mövqeyini konkretləşdirməlidir: Çünki hazırda Ermənistanın tərəfdaşlarının rəsmi İrəvanın hərəkətləri ilə bağlı fikirləri ön plandadır. Bakı və Tehran arasındakı qarşıdurma fonunda Azərbaycan mülki təyyarəsinin Ermənistanın hava məkanından istifadəsinə icazə verilməsi düzgün deyildi” – Akopyan fikirlərini tamamlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button