Peskov: Rusiya Kiyevdən real zəmanətlər istəyir

Rusiya tərəfi Ukrayna ilə mümkün sülh nizamlanması çərçivəsində Kiyevin imzaladığı razılaşmalara əməl edəcəyinə dair konkret və etibarlı zəmanətlərə ehtiyac olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Moskva üçün yalnız sənəd imzalamaq kifayət deyil. Əsas məsələ razılaşmaların sonradan sabotaj edilməməsi və real icra mexanizmlərinin təmin olunmasıdır.

“Rusiya üçün qəbuledilməzdir ki, Kiyev əvvəlcə sülh razılaşmalarını imzalasın, sonra isə onları yerinə yetirməsin”, – deyə Kremlin sözçüsü vurğulayıb.

O, həmçinin Avropa ölkələrinin mövqeyinə də toxunaraq qeyd edib ki, Avropa hələ də öz oyununu oynayır və onların davranışları münaqişənin davamında maraqlı olduqlarını göstərir.

“Avropalılar öz oyunlarını oynayırlar və hələ də müharibənin davamını istədikləri təəssüratı yaranır. Biz isə daha çox Vaşinqtondakı tərəfdaşlarımızla dialoqa fokuslanırıq”, – deyə Peskov əlavə edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button