“ Polisə Dəstək” İctimai Birliyi bu gün bəyanat yayıb.

Bəyanatda deyilir:

10 noyabr 2020-ci il  Qarabağ atəşks bəyanatının imzalanmasından sonra Ermənistanın siyasi hərbi xuntası ,onlara havadarlıq edən bəzi avropa ölkələrinin  tapşırığı və istəyilə hər gün mövqelərimizi  Rusiya Sülh Məramlılarının gözü qarşısında  atəşə tutur , azad olunmuş ərazilərdə basdırılan minaların xəritələrini verməkdən imtina etməklə ,quruculuq işlərinin getdiyi yeni əraziləri də minalamaqla  məşğul olur. Bununla da, Ermənistan tərəfdar çıxdığı ,tanıdığı və imzaladığı  10 noyabr bəyanatın  tələblərini  kobud şəkildə və  müstəsna həyasızlıqla pozmaqda davam edir. Azərbaycan ərazisində yerləşdirilən qeyri-qanuni hərbi birləşmələrin- erməni separatçı qüvvələrinin hərbiçilərimizə qarşı qəfil hücumları nəticəsində yaralananlar və ölənlər var,  belə mənfur addımlar hələ də davam etməkdədir.  Bütün bunlara baxmayaraq Qafqazda  Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına ciddi təhlükələrlə mane olurlar.Belə ki,sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış və baş vermiş xüsusilə ağır cinayətin törədilməsi  nəticəsində iki mülki şəxs və Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həlak olmuşdur.Bununla da Azərbaycanın suverenıiyinə qarşı  büynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinin məhz elə  beynəlxalq aləmin gözü qarşısında pozulmasının şahidi oluruq. Azərbaycan xalqının fundamental dəyər və məqsədləri, habelə insan, cəmiyət və dövlətin tərəqqisini təmin edəcək siyasi, iqdisadi, sosial və digər tələbatların həyata keçirilməsinə ciddi zərər yetirilir. Ermənistan dövlətinə havadarlıq edənlərin iştirakı və dəstəyi ilə dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlılığının təmin edilməsinə təhdidlər davam edir.

Polisə Dəsətk İctimai Birliyi bəyan edir ki, dünyanın  gözü qarşısında baş verənlər Ermənistan xunta rejiminin ,onun  havadarlarının içtirakı və dəstəyi ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, qlobal və reğional təhlükəsizliyə, habelə sabitliyə tövhə verən  dəyərlərin qorunmasına açıq aşkar bir təhdid ssenarisinin canlı təsdiqidir.

Qeyd olunanlar Azərbaycan Respublikasının milli təhlükəsizliyinə açıq-aşkar qəsd  və ölkənin müstəqilliyinə ,suverenliyinə ,ərazi bütövlüyünə  habelə, konstitusiya quruluşu əleyhinə yönələn Beynəlxalq səviyyədə xüsusilə ağır bir cinayətdir.

Azərbaycan dövləti həm daxili ,həm də xarici siyasətində separatçılıqla, etnik siyasi və dini ekstremizmlə ,terrorçuluqla barışmamış, Tarnsmilli Mütəşəkkil Cinayətkarlığın  xüsusilə təhlükəli  növlərinə qarşı mübarizədə  həmişə  fəal rol oynamışdır.

“Polisə Dəstək” İctimai Birliyi hesab edir ki, baş verən xüsusi ilə ağır  cinayətin hazırlanmasında və icrasında təkcə ermənistan tərəfi yox, ona havadarlıq edən bəzi avropa ölkələri və Rusiya Federasiyasının  sülhməramlı kontingenti də məsuliyyət daşıyırlar.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button