“Polisə Dəstək” İctimai Birliyi “İnsan Alverinə” qarşı mübarizə ilə bağlı layihənin icrasına başladı

 

Müasir dövrdə insan alveri bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. İnsan alveri insan ləyaqətini alçaltmaqla yanaşı qadınlara qarşı yönəlmiş ən ağır cinayət əməlidir. Dünya səviyyəsində eləcə də, ölkəmizdə insan alverinə qarşı mübarizədə müvafiq qanunlar qəbul olunub, mübarizə mexanizmləri formalaşıb. Dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı ictimaiyyətin fəal iştirakı, eləcə də, insan alverinin potensial qurbanlarının məlumatlandırılması vacibdir.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Polisə dəstək” İctimai Birliyinə maliyyə vəsaiti ayırmış, müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin verdiyi məlumata görə layihənin əsas məqsədi insan alverinin qurbanına çevrilə biləcək şəxslərin məlumatlandırılması, əhalinin insan alverinə qarşı mübarizəyə səfərbər edilməsidir.

Layihə Bakı şəhərində, Şəki, Cəlilabad, Ağcabədi rayonlarında tələbələr, gənc pedaqoqlar və qızlar arasında həyata keçiriləcəkdir. Bu tədbirlərdə gənc pedaqoqlar, təcrübəli hüquqşünasların, DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi təlimlərdə iştirak edəcəklər.

Layihənin icrasına başlanmışdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button