Polis Mingəçəvirdə parkda oynayarkən valideynlərini itirən azyaşlını ailəsinə təhvil verib

Mingəçevir şəhəri ərazisində yerləşən “Sahil” parkında azyaşlının çaşqın vəziyyətdə tək dolaşması həmin ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polislər dərhal uşağa yaxınlaşıb,söhbət əsnasında  qızcığazın parkda oynayarkən qəfildən valideynlərini itirdiyi və onları axtardığı məlum olub. Axtarışları nəticəsiz qalınca azyaşlı Polis Şöbəsinə gətirilib və onun ailəsinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.   Qısa müddət ərzində uşağın valideynləri tapılıb və 5 yaşlı E.M ailəsinə təhvil verilib.

Hamısını Göstər

Related Articles

Back to top button