Polis zabiti və bir qadın ağır yol qəzasında həyatını itirdi

Samuxda yol qəzasında ölən şəxslərin adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər ASAN xidmətin əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button